“Barselona”nın sabiq hücumçusu və hazırda “Nyu-York Siti”də çıxış edən David Vilya MLS liqasının II turunun ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu "Nyu-İnqlend”lə (2:0) matçda fərqlənib.
Vilyanın qolu sayəsində komandası ilk qələbəsini qazanıb.
Qeyd edək ki, MLS liqasının açılış oyununda “Toronto”nun forvardı Jozi Altidor ən yaxşı seçilib.