İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Tito Vilanova yaxın 15 – 20 gündə fəaliyyətini bərpa edəcək. Lent.az-ın məlumatına görə, bu barədə klub prezidenti Sandro Rossel açıqlama verib.
O bildirib ki, Vilanova xəstəxanadan buraxıldıqdan sonra istirahət edir. Baş məşqçi eyni vaxtda həm müalicəsinə, həm də işinə davam edəcək: “Onun üçün ən əsası – sağlamlıqdır, hazırda futbol ikinci yerdədir”.
Qeyd edək ki, Tito Vilanova bu yaxınlarda qulaqətrafı vəzisindəki şişdən əməliyyat olunub.