"Barselona"nın futbolçusu Lionel Messi zədələnib. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu La Liqada "Las Palmas"a qarşı matçda ayağından zədə alıb.
Matçın 8-ci dəqiqəsində sol dizindən problem yaşayan L.Messi məcburi əvəzlənməli olub.
İspaniya mətbuatı iddia edir ki, ilkin müayinələrdən sonra superulduzun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.