İspaniyanın “Barselona” klubu 15 yaşadək futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokuna qatılacaq. Lent.az-ın məlumatına görə, Kataloniya təmsilçisi rəsmi məktubla müvafiq yaş qrupu üzrə komandasının turnirdə iştirakını təsdiqləyib.
Daha öncə Türkiyənin “Beşiktaş” və Rusiyanın “Zenit” komandaları da eyni qərarı qəbul edib. Turnir isə mayın 28-dən iyunun 2-dək Qəbələdə baş tutacaq.
Qeyd edək ki, ilk turnir 30 may – 4 iyun 2012-ci ildə “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutub. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunub. Qalib adını isə “Qalatasaray” qazanıb.