“Bakı Metropoliteni” QSC iş rejimini dəyişir.
Lent.az-ın məlumatına görə, bu gün baş tutacaq "Qəbələ" və "Sent-Etyen" oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimi saat 01:00-dək uzadılacaq.
Bildirək ki, bu gün "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.
"Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə müraciət edib.
Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb.