AFFA-nın baş katibi Elxan Məmmədov bu gün səhər “Bakı”nın bazasında olub. Apasport.az saytının məlumatına görə, federasiya rəsmisi klubun problemləri ilə maraqlanıb.
Baş katib su və digər məsələlərlə bağlı kluba köməklik göstərəcəklərini bildirib. Artıq su problemi aradan qaldırılıb.
Elxan Məmmədov “Qarabağ”la oyundan öncə də “Bakı”nın soyunub-geyinmə otağına düşərək futbolçularla görüşüb. O, oyunçulara problemlərinin hissə-hissə həll olunacağını deyib və onlara ruhdan düşməməyi, mövsümün sonuna qədər mübarizəni davam etdirməyi məsləhət görüb.