“Bakı” klubunun sabiq futbolçusu Daniel Opritsa Rusiya Premyer Liqasında çıxış edəcək. Lent.az-ın məlumatına görə, 32 yaşlı hücumçu “Mordoviya” ilə yarım illik müqavilə bağlayıb.
Bu müddətdə Opritsa bəyənilsə, anlaşma müddəti uzadılacaq. O, hazırda 9 xalla 16 komanda arasında sonuncu pillədə gedən “Mordoviya”nı qalan 9 turda Premyer Liqada saxlamağa müvəffəq olmalıdır.
Qeyd edək ki, Daniel Opritsanın “Bakı”dakı karyerası çox qısa alınıb. O, 2009-cu ilin avqustunda Azərbaycan klubuna keçib və cəmi 2 ay sonra o vaxtkı baş məşqçi Bülent Korkmazın istəyi ilə əsas komandadan kənarlaşdırılıb. Opritsanın son klubu Rumıniyanın yüksək liqasında mübarizə aparan “Petrolul” olub.