“Bakı” klubu futbol üzrə Topaz Premyer Liqasının XXX turunda “Xəzər Lənkəran”la keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq. Lent.az-ın məlumatına görə, hazırda 5 futbolçu zədə səbəbindən komandadan ayrı düşüb.
Matç öncəsi son məşqə Alberto Noqeyra və Namiq Ələsgərov ümumiyyətlə qatılmayıb. Zədədən sonra bərpa dövrü keçən Rauf Əliyev, Elvin Məmmədov və Georgios Pelagias fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqramla çalışıb.
Qeyd edək ki, aprelin 12-də keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçı saat 15:00-da başlanacaq.