Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Bakı” futbol komandasının ilk rəqibi müəyyənləşib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Bojidar Bandoviçin komandası Bolqarıstan yüksək liqa təmsilçisi “Etır”la üz-üzə gələcək.
“Etır” çempionatın ilk dövrəsini 15 oyundan 8 xalla 16-cı pillədə başa vurub. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.