“Bakı” futbol komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində 3 yoldaşlıq görüşü keçirəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk yoxlama oyunu yanvarın 19-da baş tutacaq.
Rəqib Almaniya “Dinamo”su olacaq. Son oyun isə yanvarın 27-ə planlaşdırılıb. Xorvatiya “Osiek”inə qarşı matçla toplanışa yekun vurulacaq. Daha bir rəqibin adı yaxın günlərdə müəyyənləşəcək. Bu oyun yanvarın 22-də və ya 23-də keçiriləcək.
Qeyd edək ki, yanvarın 14-də başlanacaq hazırlıq prosesi 15 gün davam edəcək.