“Bakcell Arena”nı dünyada 2012-ci ilin ən yaxşı stadionu seçək!
30 yanvar 2013 13:57 (UTC +04:00)

“Bakcell Arena”nı dünyada 2012-ci ilin ən yaxşı stadionu seçək!

0

İdman Araşdırmalar Mərkəzi Azərbaycan idmansevərlərini “Bakcell Arena”nı 2012-ci ildə dünyanın ən yaxşı stadionu seçməyə çağırıb. Lent.az-ın məlumatına görə, qurumun bununla bağlı yaydığı bəyanatda dünyada stadionlarla bağlı sorğu aparan yeganə sayt - “Stadiony.net”in 2012-ci ilin ən yaxşı 16 stadionu arasında ilk dəfə Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena”nın (əvvəlki adı “8KM” stadionu) da daxil edildiyi vurğulanıb. 

 

“Stadium of the Year 2012” sorğusunun keçirilmə qaydalarına əsasən, namizəd stadion bir neçə meyara cavab verməlidir. O, ən azı 10000 tamaşaçı tutumuna malik olmalı və 2012-ci ildə açılmalıdır. Siyahıya sıfırdan tikilən və ya əsaslı yenidən qurulan, daha dəqiqi, strukturunu 75 faiz dəyişən arenalar salınır. 11000 tamaşaçı tutumuna malik “Bakcel Arena” cəlbedici görünüşü ilə yanaşı, qoyulan tələblərə də tam cavab verir. AFFA tərəfindən inşa olunan stadionda işlər 2012-ci ilin avqustunda yekunlaşıb və arena ötən il sentyabrın 14-də - 17 yaşadək qızlar arasında dünya çempionatı öncəsi istifadəyə verilib. Çempionatın 31 oyunundan 11-i məhz o vaxtlar “8KM” adlandırılan stadionda keçirilib. Bu arena təbii ot örtüyü və tamaşaçı tutumu baxımından, son illər ölkəmizdə tikilərək istifadəyə verilmiş ən cəlbedici arenadır.

 

Bütün bunları, eləcə də sorğunun stadionlarla bağlı yeganə və kifayət qədər nüfuzlu olmasını nəzərə alaraq, İdman Araşdırmalar Mərkəzi Azərbaycan idmansevərlərini “Bakcell Arena”ya səs verməyə çağırır. Bunun üçün http://stadiony.net/konkursy/stadion_roku_2012 linkinə daxil olaraq, “8KM” stadionu (saytda stadion köhnə adı ilə göstərilib) qarşısındakı “5 ulduz”dan “1 ulduz”adək olan cərgələrdən birini seçmək və 16 namizəd stadionun sonundakı “səs verin” düyməsini “klik”ləmək lazımdır.  

 

Səsvermə fevralın 23-dək davam edəcək. Hər kompüterdən 1 səs qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2126

Oxşar yazılar