“Azərreyl” uduzdu
13 fevral 2013 20:01 (UTC +04:00)

“Azərreyl” uduzdu

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Azərreyl” İtaliya çempionu “Yamamay”ı qəbul edib.

Komandamız “Dördlər finalı”na yüksəlmək üçün mütləq qalib gəlməli idi. Çünki səfərdə 2:3 hesabı ilə uduzan “Azərreyl” əvvəlcə bunun əvəzini çıxmalı, ardınca “Qızıl set”ə ümid etməli idi.

Oyunun nəticəsi belə oldu:
Çempionlar Liqası
1/3 final mərhələsi, cavab oyunu


13 fevral
“AZƏRREYL” (AZƏRBAYCAN) - “YAMAMAY” (İTALİYA) - 3:0 (25:23, 25:18, 25:21)

QIZIL SET: 11:15

İlk oyun: “YAMAMAY” (İTALİYA) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
Hakimlər: Arturo di Giakomo (Belçika), Lusian-Vasile Nastase (Rumıniya)
Bakı, Voleybol Mərkəzi 

# 801
avatar

Oxşar yazılar