“Azərbaycan kimi ölkələrdə çıxış etmərəm”
23 aprel 2013 11:41 (UTC +04:00)

“Azərbaycan kimi ölkələrdə çıxış etmərəm”

2008-ci il Pekin Yay Olimpiya Oyunlarının üzgüçülük üzrə mükafatçısı Arkadi Vyatçanin Rusiya yığmasından getməyi qərara alıb. Lent.az-ın məlumatına görə, Vyatçanin başqa ölkənin millisində çıxış edəcək.

 

Lakin o, hələ seçimini etməyib. 29 yaşlı idmançı “Ves Sport” agentliyinə açıqlamasında deyib: “Azərbaycan kimi ölkələr mümkün variantlar arasında yoxdur”.

 

2013-cü il dünya çempionatında Rusiyanın şərəfini qorumayacağını açıqlayan üzgüçü yeni vətəndaşlığı mövsümün sonunadək qəbul edəcəyini bildirib. Vyatçanin özü və başqalarına göstərilən münasibətdən bezməsini səbəb göstərib: “Halbuki mən Rusiya üzgüçülüyünə bacardığımı vermişəm”.

 

Qeyd edək ki, bir müddət öncə Arkadi Vyatçaninin ÜmumRusiya Üzgüçülük Federasiyasının (VFP) rəhbərliyi ilə münaqişəsi yaranıb. VFP onu Kazanda keçirilmiş Rusiya Kubokuna buraxmayıb. Üzgüçünü məşq planını təqdim etməməkdə və bir neçə ay müddətində yığmanın məşqçiləri ilə əlaqə saxlamamaqda ittiham ediblər. Son anda Vyatçanini turnirə aparıblar və o, dünya çempionatı üçün təsnifat normativini yerinə yetirib. Təcrübəli idmançı Pekin olimpiadasında çiyin üstə 100 metr və 200 metr məsafələrə üzmədə 2 bürünc medal qazanıb. O, həm də 4 qat dünya çempionudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar