“Azərbaycan haqda yalnız xoş xatirələrim qalıb”
24 yanvar 2013 03:00 (UTC +04:00)

“Azərbaycan haqda yalnız xoş xatirələrim qalıb”

 “Azərbaycan haqda yalnız xoş xatirələrim qalıb. Bəlkə də bu üzdəndir ki, hər zaman futbolunuz haqda oxumağa, məlumat almağa çalışıram”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Neftçi” və “Xəzər Lənkəran”ın sabiq məşqçisi Covanni Melkiorre deyib.


Fiziki hazırlıq üzrə mütəxəssis hazırda Rumıniyanın “Petrolul” klubu ilə birlikdə Türkiyədə təlim-məşq toplanışındadır: “Bu mövsüm ”Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsini çox yüksək qiymətləndirirəm. Bu həqiqətən böyük uğurdur. Komandanın qrupdakı yalnız bir oyununu izlədim ki, bu da “İnter”lə Bakıdakı qarşılaşma idi. Komanda üçün çox çətin oldu ki, səbəb kimi bu səviyyədə təcrübənin olmamasını göstərmək olar. Lakin zaman keçdikcə vəziyyət yavaş-yavaş düzəlməlidir”.

Melkiorre vaxtilə ölkəmizdə çalışdığı 2 klubu müqayisə də edib: “Neftçi”də daha uzun müddət çalışmışam. Bu üzdən komandanı daha yaxşı tanıyıram. Mənim Azərbaycanda çalışdığım vaxta əsasən deyərdim ki, “Neftçi” Azərbaycanın ən güclü komandasıdır. Amma azarkeşlər Lənkəranda daha möhtəşəm, daha fərqlidir. Sizin klubları indiki komandamla müqayisə edəndə isə onların çıxış etdiyi çempionatlardakı fərq göz önünə gəlir. Rumıniya çempionatı Avropa futboluna daha yaxındır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar