“Atletiko”ya qarşı oynayacaq komanda dəyişdi – HEYƏT
30 aprel 2013 18:23 (UTC +04:00)

“Atletiko”ya qarşı oynayacaq komanda dəyişdi – HEYƏT

0

İspaniya “Atletiko”su ilə bugünkü yoldaşlıq görüşünə “FK Bakının ulduzları” adlı komanda çıxacaq. Lent.az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə Azərbaycan komandasının baş məşqçi funksiyasını Novruz Əzimov yerinə yetirəcək.

 

Əzimov yalnız yerli futbolçuları meydana buraxacaq. Onların arasında klubun əsas heyət üzvləri ilə yanaşı, gənclər də var. Kamran Ağayev (k), Aqil Məmmədov, Aqil Nəbiyev, Şəhriyar Əliyev, Əziz Quliyev, Novruz Məmmədov, Cavid Hüseynov, Elvin Məmmədov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Nurlan Novruzov və Rauf Əliyevlə yanaşı, gənclərdən Elşən Rzazadə, Sənan Bayramzadə, Vadim Abdullayev, Vüqar Mustafayev, Raul Yaqubzadə, Tural Qürbətov, Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Vüqar Namazaliyev də komandaya cəlb olunub.

 

Saat 20:00-da startı veriləcək oyunun baş hakimi Rəhim Həsənovdur. Futbol bayramı saat 19:00-dan etibarən konsert proqramı ilə start götürəcək.

 

Qeyd edək ki, daha öncə “Atletiko” önünə “Allstar Azerbaijan” adlı komandanın çıxacağı bildirilirdi. Həmin komandanın milli üzvlərindən təşkil olunması nəzərdə tutulmuşdu. Lakin yığmamızın baş məşqçisi buna icazə verməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1353

Oxşar yazılar