“Atletiko”nun formasındakı reklamın məbləği rəsmən açıqlandı
21 fevral 2013 17:39 (UTC +04:00)

“Atletiko”nun formasındakı reklamın məbləği rəsmən açıqlandı

 

İspaniyanın “Atletiko” klubu formasında gəzdirdiyi “Azebaijan Land of fire” yazısının dəyərini açıqlayıb. Lent.az-ın məlumatına görə, bu barədə klubun marketinq departamentinin rəhbəri Mariya Tereza Sirivi RMA Biznes Məktəbində “Oyun idman növlərində menecment” fakültəsinin dinləyiciləri üçün keçirdiyi master-klassda açıqlama verib.

 

O bildirib ki, müqavilə 2013-2014-cü il mövsümünün sonunadək nəzərdə tutulub. Bu müddətdə “Atletiko” 12 milyon avro qazanacaq.   

 

“Atletiko” uzun müddət formalarında “KİA”nın reklamını yerləşdirib. Lakin ötən yay müqavilə bitib. Yeni təkliflər olsa da, klubu maliyyə baxımından qane etməyib. Bu səbəbdən, Madrid təmsilçisi bir müddət titul sponsoru olmadan keçinib: “Hətta bir çox mühafizəkar azarkeşimizin bundan xoşu gəldi. Onlar belə imtinanı köhnə vaxtlara qayıdış kimi dəyərləndirdilər. Biz isə gözləyirdik, bilirdik ki, yaxşı təklif gec-tez gələcək. Belə də oldu. İlin əvvəllərində Azərbaycanın turizm idarəsi ilə titul müqaviləsi bağlanıldı”.

 

Qeyd edək ki, “Atletiko” ilə rəsmi müqaviləni yanvarın sonlarında “Bakı” klubu bağlayıb. İspaniya mətbuatı “Azerbaijan Land of fire” üçün İspaniya klubuna 20 milyon avro ödəniləcəyini yazmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2179
avatar

Oxşar yazılar