“Atletiko” vahid liderə çevrildi
27 mart 2014 11:40 (UTC +04:00)

“Atletiko” vahid liderə çevrildi

İspaniya çempionatının sonuna 8 tur qalmış “Atletiko” vahid liderə çevrilib. Lent.az-ın məlumatına görə, “Azerbaijan Land of Fire” formalı komanda 30-cu turda “Qranada”nı evdə minimal hesabla yenib.

 

63-cü dəqiqədə fərqlənən Dieqo Kosta aktivindəki qolların sayını 24-ə çatdırıb. O, ən yaxşı bombardir Kriştianu Ronaldudan 3 top geridə qalır. “Real Madrid”in ulduzu da bu tur 1 qol vurub, amma komandası səfərdə “Sevilya”ya uduzub – 1:2. Portuqaliyalı hücumçu 14-cü dəqiqədə hesabı açsa da, “Sevilya” Karlos Bakkanın 19-cu və 72-ci dəqiqədə vurduğu qollar sayəsində qələbəyə nail olub.

 

Çempionluğa iddialı daha bir klub olan “Barselona” evdə “Selta”nı 6-cı və 67-ci dəqiqələrdə Neymarın “dubl”u, eləcə də 30-cu dəqiqədə Lionel Messinin qolu sayəsində darmadağın edib.

 

Bu nəticələrdən sonra “Atletiko” 73 xalla 1-ci, “Barselona” 72 xalla 2-ci, “Real Madrid” 70 xalla 3-cü pillələrdə qərarlaşıb. 31-ci turda “Barselona” martın 29-da “Espanyol”un, “Atletiko” “Atletik”in qonağı olacaq, “Real Madrid” isə martın 30-da “Rayo Valyekano”nu qəbul edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar