“Arsenal”ın qapıçısı “Roma”da
29 iyul 2015 22:21 (UTC +04:00)

“Arsenal”ın qapıçısı “Roma”da

London “Arsenal”ının qapıçsı Voyçex Şesnı karyerasını İtaliya A seriyasında davam etdirəcək.

 

Apasport.az saytının məlumatına görə, “topçular” polşalı qapıçını 2015/16 mövsümü üçün bir illik “Roma”ya icarəyə verib.

 

Bu barədə “canavarlar”ın rəsmi saytı da məlumat yayıb. 25 yaşlı futbolçu artıq tibbi müayinədən keçib və “Roma”nın heyətinə qoşulub.

 

Qeyd edək ki, Şesnı 2009-cu ildən “Arsenal”ın heyətində çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Oxşar yazılar