“Arsenal” iki yeni futbolçu almağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bunu “Uotford”la oyundan sonra “topçular”ın baş məşqçisi Arsen Venger deyib.
Fransız çalışdırıcı bildirib ki, “Valensiya”dan Şkodran Mustafi və “Deportivo”dan Lukas Peresin keçidi ilə bağlı bütün razılıqlar əldə edilib.
Hər iki oyunçu tibbi müayinədən keçib və yaxın günlərdə onlarla müqavilə imzalanacaq.