Futbol üzrə Topaz Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. Lent.az-ın məlumatına görə, Zaqatalada “Simurq” “Bakı”nı qəbul edib.
Oyun qolsuz başa çatıb – 0:0. Görüşün sonlarında “Bakı” qol vurmaq üçün əlverişli imkan qazanıb. Lakin Marius Penanın yerinə yetirdiyi penaltidən sonra top “Simurq”un qapı dirəyinə tuş gəlib. O, təkrar zərbə ilə toru silkələsə də, baş hakim Anar Salmanov qolu hesaba almayıb.