İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Joze Mourinyo futbol üzrə Çempionlar Liqasında ¼ final mərhələsinin püşkünü dəyərləndirib. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “kral klubu”nun növbəti rəqibi Türkiyə “Qalatasaray”ını çətin rəqib adlandırıb.
Mourinyonun fikrincə, “Cim-Bom”a asan rəqib deyənlər yanılırlar: “Qarşımızda Droqba, Sneyder, Selçuk, Burak, Hamit və ən önəmlisi Fatih Terim olacaq. Biz “Qalatasaray”ı kiçiltmirik, əksinə ciddi rəqib sayırıq. Bu komandaya “zəif” deyənin futboldan başı çıxmır”.
Qeyd edək ki, “Real Madrid”lə “Qalatasaray” arasındakı ilk görüş aprelin 3-də İspaniya paytaxtında, cavab oyunu isə aprelin 9-da İstanbulda olacaq.