Almaniyada yaşayan həmyerlimiz Sarvan Rizvanov Frankfurt şəhərində 25547 idmançının qatıldığı 34-cü Frankfurt Marafonunda (42 km. 195 metr ) iştirak edib. Lent.az-ın məlumatına görə, idmançımız marafonun əvvəlindən finiş xəttinə kimi Azərbaycan bayrağı ilə qaçıb.
Qeyd edək ki, yarışda ilk yerləri efiyopiyalılar qazanıb. Kişilər arasında Sisay Lemma (2:06:26 ), qadınlar arasında isə Gulume Tollesa Çala (2:23:12) ən yüksək nəticəni əldə edib.