74 nəfərin ölümünə görə 21 edam
26 yanvar 2013 16:20 (UTC +04:00)

74 nəfərin ölümünə görə 21 edam

 

Misir məhkəməsi 2012-ci il fevralın 1-də futbol üzrə ölkə çempionatının “Əl-Məsri” və “Əl-Əhli” komandaları arasındakı oyunu zamanı baş verən faciəvi hadisə ilə bağlı 21 nəfərə edam hökmü verib.

 

Lent.az-ın məlumatına görə, “Port Səid” stadionundakı 74 nəfərin həyatını itirməsi ilə nəticələnən toqquşmalarla bağlı cinayət işi 73 nəfərə açılıb.

 

İttiham olunanlardan 9-u təhlükəsizlik xidməti əməkdaşlarıdır. Edam cəzasına məhkum edilənlərin siyahısı Müftilər Şurasına veriləcək. Şura siyahını təsdiqlədikdən sonra hökmlərin icrası həyata keçiriləcək. Toqquşmalarda günahlandırılan daha 52 nəfərin cəzası martın 9-da açıqlanacaq.

 

Qeyd edək ki, Misirin ən məşhur klubu olan “Əl-Əhli” ölkənin devrilmiş lideri Hüsnü Mübarəkə qarşı sərt mövqeyi ilə seçilir. Bu ölkədə baş vermiş olan son 15 ildə dünya futbolunda ən böyük toqquşma sayılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038
avatar

Oxşar yazılar