Əlimərdanova və Məcidov bürünc medal qazandı - <span style="color:red;">YENİLƏNİB
25 iyun 2015 14:47 (UTC +04:00)

Əlimərdanova və Məcidov bürünc medal qazandı - YENİLƏNİB

+91 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov yarımfinal döyüşünə çıxmayaraq bürünc medala yiyələnib. Lent.az-ın məlumatına görə, o, rusiyalı Qasan Gimbatovla finala çıxmaq üçün döyüşməli olsa da, zədə səbəbindən görüş baş tutmayıb.  

 

***

 

Azərbaycanı qadınların 54 kq çəki dərəcəsində təmsil edən Anna Əlimərdanova yarıminalda məğlub olaraq bürünc medal qazanıb. Lent.az-ın məlumatına görə, o, yarımfinalda Yelana  Saveleva ilə üz-üzə gəlib.  Görüş rusiyalı boksçunuz 3-0 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Bununla Anna Əlimərdanova bürünc medala layiq görülüb.  

 

***

10:32

Bu gün boks yarışlarında idmançılarımız 4-ü final, Teymur Məmmədov isə qızıl medal uğrunda mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində Elvin Məmişzadə finala çıxmaq üçün almaniyalı Hamza Tuba ilə üz-üzə gələcək.

64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayar yarıminalda Ukrayna idmançısıViktor Petrovla qarşılaşacaq.

 

 

 

 

 

Kişilərin 81 kq çəki dərəcəsində millimizin üzvü Teymur Məmmədov final qarşılaşmasına çıxacaq. O, qızıl medal uğrunda italiyalı Valentino Manfredoniya ilə döyüşəcək.

 

 

Qeyd edək ki, artıq boks yığmamızın aktivində 1 bürünc medal var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

Səlcuq Elçin

Oxşar yazılar