Bu gün mübarizəyə başlayan 4 güləşçimiz bürünc medal uğrunda döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində millimizin üzvü Ruslan Dibirhacıyev təsəlliverici görüşdə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb və görüşü 4:1 hesabı ilə xeyrinə bitirib. O, növbəti mərhələdə macarıstanlı Zsombor Qulyasla üz-üzə gəlib. Qarşılaşmadan millimizin üzvü 4-3 hesabı ilə qalib ayrılıb. Ruslan bürünc medal uğrunda gürcü güləşçi Davit Tlashadze üz-üzə gələcək.
86 kq çəki dərəcəsində Nurmaqomed Hacıyev təsəlliverici görüşdə italiyalı Vasile Zuz Tudorla üz-üzə gəlib. Elə ilk hissədəcə Hacıyev 10-0 hesabı təmiz qələbə qazanıb. O, 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə üz-üzə gələcək.
125 kq çəki dərəcəsində Caməlləddin Maqomedov təsəlliverici görüşlərə qatılıb. O, bu görüşdə polşalı Robert Baranı 11-0 hesabı ilə qalib gəlib. Camallədin bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşacaq.
***
13:15
125 kq çəki dərəcəsində Camaləddin Maqomedovdə təsəlliverici görüşlərdə iştirak edəcək. Lent.az-ın məlumatına görə, o, ilk görüşdə litvalı Yonas Rudaviçiusa 4-0 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Camələddin bu mərhələdə türkiyəli Taha Akgül üz-üzə gəlib. O, türkiyəliyə 2-5 məğlub olub. Taha Akgül finala yüksəldiyindən Camələddin təsəlli verici görüşlərdə iştirak etmək hüququ qazanıb.
**
86 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nurmaqomed Hacıyev 1/4 final mərhələsində təsəlliverici görüşlərdə iştirak edəcək. Lent.az-ın məlumatına görə, mübarizəyə 1/8 finaldan başlayan 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkova 14-2 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb. Hacıyev bu mərhələdə rus güləşçi Abdulraşid Sadulayev səddini keçə bilməyib. Qarşılaşma 1-11 hesabı ilə rus güləşçinin xeyrinə olub. Sadulayev finala vəsiqə qazanacağını görə, Hacıyev təsəlli verici görüşlərdə iştirak edəcək.
**
Bu gün sərbəst güləş üzrə 4 çəki dərəcəsində pəhləvanlarımız mübarizə aparır. Lent.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində millimizi təmsil edən Hacı Əliyev 1/8 final mərhələsində erməni güləşçi Valodiya Franqulyanla qarşılaşıb. Hesab həmyerlimizin 7-0 xeyrinə başa çatıb. 1/4 final mərhələsinə vəsiqə qazanan Hacı Əliyev slovakiyalı Mykola Bolotnyuk ilə üz-üzə gələcək.
70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev millimizi təmsil edəcək. O da Hacı Əliyev kimi yarışa 1/8 finaldan başlayacaq. R. Dibirhacıyev bu mərhələdə polşalı Maqomedmurad Hacıyev ilə üz-üzə gəlib. Qarşılaşmadan həmvətənlimiz 2-7 hesabı ilə məğlub ayrılıb. Polşalı güləşçi finala vəsiqə qazanacağı təqdirdə Dibirhacıyev təsəlliverici görüşlərdə iştirak edəcək.