Avropa polis agentliyi, «Europol» Avropa üzrə danışılmış 380-dən çox futbol oyunu aşkar edib.
«Europol»un rəhbəri Rob Vainrait deyib: “Biz futbol oyunlarının nəticəsini əvvəlcədən danışıb-müəyyən edən kriminal şəbəkə üzə çıxartmışıq.15 ölkədən 425 futbol rəsmisi, futbolçu və hakim 380-dən çox oyunun nəticəsinin əvvəlcədən müəyyən olunmasına cəlb olunub”.
Onun sözlərinə görə, araşdırma müəyyən edib ki, bu mərclərdən xalis gəlir 8 milyon avro olub.
Rəsmilərə və oyunçulara rüşvətə 2 milyon avro xərclənib.
Danışılmış oyunlar arasında Dünya Kubokunun və Avropa birinciliyinin seçmə oyunları, UEFA Çempionlar liqasının iki oyunu (bunlardan biri İngiltərədə oynanılıb) , eləcə də Avropanın milli liqalarının ən çox maraq doğuran oyunları var.
Oyunlar 2008-2011-ci illər arası olub.
Bunlar Avropada olan danışlmış oyunlardır.
Rob Vainraitın sözlərinə görə, bunlardan əlavə Afrikada, Asiyada, Cənubi və Mərkəzi Amerikada da 300 şübhəli oyun müəyyən olunub.