Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandası Hollandiyanın Eyndhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) ötən ay İsveçdə, “Trelleborq Open” turnirində göstərdikləri nəticəni təkrarlayaraq çempion olublar.
Samid Bağırlı (48 kq) gümüş, Təranə Məmmədova (46 kq) isə bürünc mükafata sahib olub.
Qeyd edək ki, Azərbaycan yığmasını yarışa baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov hazırlayıb. Nümayəndə heyətinə ATF-nin vitse-prezidenti Nağı Səfərov rəhbərlik edib.