Prezident Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı <span style="color:red;">SƏRƏNCAM  imzaladı
07 may 2018 18:54 (UTC +04:00)

Prezident Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov

 

-

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev

-

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

 

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev

-

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azad Rəhimov

-

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Elmar Məmmədyarov

-

Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov

-

Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov

-

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının vergilər naziri

Oqtay Şirəliyev

-

Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Ceyhun Bayramov

-

Azərbaycan Respublikası təhsil naziri

Səfər Mehdiyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev

-

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov

-

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov

-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev

-

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev

-

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə

-

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  vitse-prezidenti

Anar Ələkbərov

-

Heydər Əliyev Mərkəzinin direktoru

Vüsal Kərimli

-

Bakı Nəqliyyat Agentliyinin direktoru

Elxan Məmmədov

-

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

 

Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim edəcək.

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməyi öz öhdəsinə götürüb.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Oxşar yazılar