Boks üzrə kişilərin 56 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Tayfur Əliyev yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, 18 yaşlı boksçumuz 1/4 final mərhələsində danimarkalı rəqibi üzərində 3-0 hesabı ilə inamlı qələbə qazanıb. Tayfur Əliyev ən azı bürünc medala yiyələnəcək.
Qeyd edək ki, Tayfur mübarizəyə 1/8 final mərhələsindən başayıb. O, ilk qarşılaşmasında rumıniyalı Nikolae Andreianı 3-0 hesabı ilə qalib gəlib.