Norveç yığmasının heyətində 15 yaşında debüt etməklə rekorda imza atan Martin Edeqor karyerasını İngiltərə çempionatında davam etdirməyə çox yaxındır. Lent.az-ın məlumatına görə, yeniyetmə yarımmüdafiəçi “Liverpul”un düşərgəsinə qoşulub. Dünən “Dumanlı Albion”a gələn Edeqor bu gündən etibarən “mersisaydlılar”ın heyətində məşqə çıxıb. “Liverpul”un təcrübəli müdafiəçisi Kolo Ture mətbuata açıqlamasında onun haqda xoş sözlər səsləndirib: “Martinin məşqdəki çıxışını izlədim. Əla futbolçudur”.
Qeyd edək ki, Avropanın nəhənglərinin maraq dairəsində olan Edeqor hazırda ölkəsinin “Stremsqodset” klubunda çıxış edir. Baxışdan uğurla keçəcəyi təqdirdə, “Liverpul” onunla müqavilə imzalayacaq

15 yaşlı rekordçu İngiltərəyə köçür - FOTO
Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39