15 yaşlı futbolçu “Xəzər Lənkəran”da debüt edib
13 fevral 2013 14:01 (UTC +04:00)

15 yaşlı futbolçu “Xəzər Lənkəran”da debüt edib

Futbol üzrə Topaz Premyer Liqasının XIX turunda “İnter”ə 2:3 hesabı ilə uduzduğu oyun “Xəzər Lənkəran”ın 3 azərbaycanlı futbolçusu üçün əlamətdar olub. Lent.az-ın cənub təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Ağabala Ramazanov, Elnur Cəfərov və milliləşmiş oyunçu Uğur Pamukdur.

 

Pamuk və Ramazanov ilk dəfə “ağ-yaşıl” forma ilə qol vurublar. Almaniyada doğulmuş yarımmüdafiəçi “Xəzər Lənkəran”ın heyətində debüt matçındaca fərqlənib. Komandanın bombardiri Zaur Ramazanovun qardaşı isə Lənkəran komandasında 9-cu oyununda siftə edib. Bununla da klub tarixində fərqlənən oyunçuların sayı 78-ə çatıb. Ramazanov “Xəzər Lənkəran”da qol sevinci yaşayan 29-cu yerli futbolçudur. Milliləşən almaniyalı Pamuk isə 49-cu əcnəbi qolçudur. Bu əcnəbilər 21 ölkəni təmsil edir. Bombardirlər siyahısına başçılıq edən Zaur Ramazanovun hesabında 44 qol var.

 

Cəfərov isə “Xəzər Lənkəran”ın tarixinə ən gənc futbolçu kimi düşüb. 1997-ci il martın 28-də anadan olan futbolçunun, fevralın 11-dəki qarşılaşmaya çıxarkən, 16 yaşı tamam olmayıb. 15 yaş 320 günlüyündə “Xəzər Lənkəran”ın əsas heyətində debüt edən yeniyetmə buna 16 yaşından tez nail olan ilk oyunçu olub. Əvvəlki rekord Kazım Kazımlıya məxsus idi. O 16 yaş 66 günlüyündə əsas komandada debüt etmişdi. Artıq 3-cü olan Fikrət Ulduzlu 16 yaş 237 günlüyündə buna nail olub. Daha 2 oyunçu - İlqar Qurbanov (16 yaş 310 gün) və Rahid Əmirquliyev (16 yaş 344 günlük) 17 yaşı tamamlamamış debüt imkanı qazanıb. Kazımlı və Ulduzlunun debütü ölkə kubokuna təsadüf edib. Onlar çempionatda ilk matça nisbətən gec çıxıblar. Debütü Premyer Liqaya təsadüf edən Cəfərov isə çempionatda ən gənc oyunçu olan İlqar Qurbanov (16 yaş 310 gün) və Rahid Əmirquliyevi (16 yaş 344 günlük) arxada qoyub.

 

# 1052
avatar

Oxşar yazılar