
10-cu dəfə bu ölkənin ƏN YAXŞISI seçildi
Portuqaliyada ilin ən yaxşı futbolçusu mükafatının təqdimetmə mərasimi keçirilib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mükafat 10-cu dəfə hücumçu Kriştiaunu Ronaldoya qismət olub. Qeyd edək ki, namizədlər arasında “Atletiko”nun forvardı Joau Feliş və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernard Silva da vardı.
Ronaldu ötən mövsüm “Yuventus”un heyətində İtaliya çempionu olub, eləcə də öz hesabına Turin komandasının heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 28 qol və 10 məhsuldar ötürmə yazıb.
Bundan əlavə, 34 yaşlı hücumçu Portuqaliya millisinin heyətində UEFA Milllətlər Liqasında qalib gəlib.
Əlavə edək ki, ilin komandası “Benfika” elan edilib. Onun çalışdırıcısı Brun Laje ən yaxşı baş məşqçi adına layiq görülüb.
Oxşar yazılar

Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58