"Barselona" rəhbərliyi komandanın baş məşqçi postuna alternativləri nəzərdən keçirməyə hazırdır.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, kataloniyalıların prezidenti Joan Laporta dəfələrlə komandanın hazırkı çalışdırıcısı Xaviyə dəstək ifadə edib.
Mənbənin məlumatına görə, 42 yaşlı mütəxəssisin yerinə əsas namizəd daha əvvəl PSJ və "Çelsi"yə başçılıq etmiş alman məşqçi Tomas Tuxeldir.
Xatırladaq ki, bu mövsüm Xavinin rəhbərliyi altında “Barselona” 15 oyundan sonra 38 xal toplayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar qrupda 3-cü yeri tutaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.