Xavi “Barselona”da  çox qalacaq
30 mart 2023 14:16 (UTC +04:00)

Xavi “Barselona”da çox qalacaq

"Barselona"nın baş məşqçisi Xavi İspaniya nəhəngində fəaliyyətini davam etdirəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Fabrizio Romanonun “Twitter” hesabında verdiyi məlumata görə, "Barselona" rəhbərliyi artıq məşqçi üçün yeni anlaşma hazırlayıb.

Mütəxəssis özü də bütün diqqətini mövsümün sonuna köklədiyi üçün klubla müqavilə bağlamağa tələsmir.

Xavi ilə “Barselona” arasındakı hazırkı müqavilə 2024-cü il iyunun 30-na qədərdir.

Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir. Bu müddət ərzində "Barselona" İspaniya Superkubokunu qazanıb.

Daha əvvəl xəbər verilmişdi ki, “Barselona”nın gənc istedadının atası açıq şəkildə oğlunu klubdan getməyə çağırıb.


 

# 1209
avatar

Oxşar yazılar