"Selta"nın hücumçusu Yaqo Aspas La Liqanın 12-ci turunda "Sevilya" ilə oyunda (1:1) VAR monitorunu yıxdığına görə cəzalandırılmayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, bu hadisə görüşün baş hakimi tərəfindən protokolda qeyd olunmayıb və Hakimlərin Texniki Komitəsi (HTA) Aspasın hərəkətindən rəsmi şikayət verməyib.
Noyabrın 4-də “Selta” - “Sevilya” oyununun 90+7-ci dəqiqəsində baş hakim Alexandro Hernandes Hernandez Xesus Navasın Yorqen Larsenlə etdiyi kobud oyuna görə “Sevilya”nın qapısına penalti təyin edib. VAR-a cavabdeh hakimin eyhamından sonra baş hakim epizodun təkrarına baxıb və sonra penaltini ləğv edib. Bu qərar Aspasın xoşuna gəlməyib və hirslənərək VAR monitorunu aşırıb.
La Liqanın 12 turundan sonra "Selta" 7 xalla 18-ci yerdədir. 36 yaşlı Aspas 2023/24 mövsümündə 12 oyun keçirib və 3 məhsuldar ötürmə edib.