Futbol üzrə Ukrayna çempionatı dayandırılıb.
Apasport.az saytının məlumatına görə, bunu Ukrayna Premyer Liqasının mətbuat xidməti açıqlayıb.
Belə addım atılmasına ölkə ərazisindəki hərbi vəziyyətin elan edilməsi səbəb olub. Hazırda çempionata “Şaxtyor” liderlik edir. Donetsk təmsilçisi 18 oyunda 47 xal toplayıb. “Dinamo” liderdən iki xal geri qalır.