Uğursuz oyun baş məşqçinin  başında çatladı
21 sentyabr 2022 12:57 (UTC +04:00)

Uğursuz oyun baş məşqçinin başında çatladı

Misli Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” belaruslu çalışdırıcısı Aleksey Baqa ilə yollarını ayırıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın uğursuz nəticələri səbəb olub.

Qeyd edək ki, “Sumqayıt” 7 turdan sonra 3 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2460
avatar

Oxşar yazılar