Üç klubumuzun Konfrans Liqasındakı rəqibləri
16 iyun 2021 16:06 (UTC +04:00)

Üç klubumuzun Konfrans Liqasındakı rəqibləri

Bu gün UEFA Konfrans Liqasında Əsas yol üzrə II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Azərbaycanı bu yarışda təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin rəqibləri də bəlli olub. İlk mərhələdən azad olan klublarımızdan biri - Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər, digər iki komanda isə səpələnməmişlər səbətində yer alıb.

Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt” ilk rəqibi “Çukariçki” (Serbiya) olacaq. Ayxan Abbasovun yetirmələri ilk qarşılaşmanı səfərdə keçirəcək.

Azərbaycan kubokunun sahibi “Keşlə” “Soçi” (Rusiya) ilə qarşılaşacaq. Sənan Qurbanovun komandası da turnirə səfərdə başlayacaq.

Daha reytinqli olan “Qarabağ” bu mərhələdə “Aşdod”la (İsrail) qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri ilk matçı evdə oynayacaq.

Qeyd edək ki, II təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar