17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.
APA xəbər verir ki, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib. Millimizin qolunu oyunun 51-ci dəqiqəsində Tuncay Əhmədov vurub.
Qeyd edək ki, U-17 əvvəlki oyunlarda Serbiya yığmasına 1:5, Sloveniyaya isə 0:3 hesabı ilə uduzub.