Türkiyədə futbol meydanında RƏZALƏT: Azarkeş qapıçını  bayraq dirəyi ilə döydü  -  VİDEO
27 noyabr 2022 21:25 (UTC +04:00)

Türkiyədə futbol meydanında RƏZALƏT: Azarkeş qapıçını bayraq dirəyi ilə döydü - VİDEO

Spor Toto 1-ci Liqada "Göztepe" ilə "Altay" arasında keçirilən İzmir derbisi baş verən hadisələrə görə dayandırılıb.

Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, oyunun 22-ci dəqiqəsindən sonra Gürsel Aksel stadionunda aləm bir-birinə qarışıb.

“Altay” tribunalarından “Göztepe” azarkeşlərinə fişəng atılandan sonra “Göztepe” tribunasında bəzi azarkeşlər yaralanıb.

Bu səbəbdən meydana 2 təcili yardım maşını daxil olub. Bu zaman meydançaya enən Göztəpə tərəfdarı küncdən bayraq dirəyini alaraq "Altay"ın qapıçısı Ozana hücum edib.

Ozanı vuran azarkeş saxlanılıb. Aldığı zərbələrdən sonra Ozan yerdə qalıb.

# 3042
avatar

Oxşar yazılar