Transferlərə  ən çox pul xərcləyən   baş məşqçilər - SİYAHI
12 sentyabr 2023 19:56 (UTC +04:00)

Transferlərə ən çox pul xərcləyən baş məşqçilər - SİYAHI

"Transfermarkt" internet portalı transferlərə ən çox pul xərcləyən baş məşqçilərin reytinqini hazırlayıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, siyahının lideri ispaniyalı mütəxəssis Xosep Qvardioladır.

Qvardiola hazırda İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edir, daha əvvəl İspaniyanın “Barselona”sında və Almaniyanın “Bavariya”sında çalışıb. O, transferlərə 2 milyard avrodan çox pul xərcləyib.

Məşqçilərin transferlərə xərclədikləri pullara görə reytinqi:

1. Xosep Qvardiola: 2,04 milyard avroya 78 transfer;

2. Joze Mourinyo: 1,86 milyard avroya 118 transfer;

3. Karlo Ançelotti: 1,62 milyard avroya 95 transfer;

4. Massimiliano Alleqri: 1,4 milyard avroya 113 transfer;

5. Dieqo Simeone: 1,21 milyard avroya 82 transfer;

6. Manuel Pelleqrini: 1,2 milyard avroya 96 transfer;

7. Tomas Tuxel: 1,19 milyard avroya 71 transfer;

8. Antonio Konte: 1,17 milyard avroya 93 transfer;

9. Maurisio Poçettino: 1,15 milyard avroya 57 transfer;

10. Yurgen Klopp: 1,13 milyard avroya 85 transfer.

2022/23 mövsümündə Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" trebl əldə edib - "şəhərlilər" üç kubok qazanıblar. Onlar İngiltərə Premyer Liqasının (APL), İngiltərə Kubokunun, həmçinin Çempionlar Liqasının qalibi olublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7821
avatar

Oxşar yazılar