“Titul üçün həyat yoldaşımı da verərəm” - “Real”ın futbolçusu
26 may 2022 14:58 (UTC +04:00)

“Titul üçün həyat yoldaşımı da verərəm” - “Real”ın futbolçusu

“Çempionlar Liqasında finala hazırlaşdığımız üçün üzərimizdə stress var. Bu, finalda meydanda olmaq istədiyim üçün məndə daha çoxdur”.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Real”ın futbolçusu Federiko Valverde “Liverpul”a qarşı keçiriləcək Çempionlar Liqasının final oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi hər iki komandanın finalda iştirak etməyə layiq olduğunu söyləyib: “Hər şey ədalətlə ölçülsə, kuboku biz qazanmalıyıq. Ancaq hər şeydən önəmlisi, şənbə günü əzmkarlığı itirməmək və əvvəlki mərhələlərdə olduğu kimi, sona qədər mübarizə aparmaqdır. “Liverpul” da böyük klubdur, möhtəşəm futbolçuları var. Bizim kimi, onlar da finala layiqdirlər”.

Uruqvay millisinin üzvü ÇL kubokunu qazanmaq üçün oğlundan başqa hər şeyini verməyə hazır olduğunu etiraf edib: “Şəxsi məqsədlərimdən biri Madriddə və Uruqvayda etalon olmaqdır. Bu mənada Çempionlar Liqasının qalibi olmaq çox vacibdir. Bu, dünyanın istənilən oyunçusu üçün unikal kubokdur. Oğlumdan başqa hər şeyimi verməyə hazıram. Bu titul üçün bəlkə həyat yoldaşımı da verərəm. Zarafat etmirəm. Hər gün finalda oynaya bilmirsən”.

Qeyd edək ki, mayın 28-də Parisdə keçiriləcək “Liverpul” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Oxşar yazılar