“Qalatasaray” klubu baş məşqçisiz qalıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisinin çalışdırıcısı Fatih Terimlə müqavilə müddəti bu gün başa çatıb.
Türkiyə mətbuatında “cim-bom”da onun dönəminin rəsmən bitdiyi yazılıb. Baş məşqçi məsələsinə isə prezident seçkilərindən sonra aydınlıq gələcək. Fatih Terimin də qatılacağı seçkilərdə qalib gələcək namizədin onunla yollarını davam etdirib-etdirməyəcəyi məlum deyil. Ancaq əksər namizədlər təcrübəli mütəxəssislə yeni sözləşmə imzalamayacağını açıqlayıb.
“Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.