“Təki AFFA “sağ olsun” – 0:13 hesablı məğlubiyyətə ŞƏRHLƏR
20 fevral 2021 16:40 (UTC +04:00)

“Təki AFFA “sağ olsun” – 0:13 hesablı məğlubiyyətə ŞƏRHLƏR

Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İspaniyaya 0:13 hesablı məğlubiyyəti azarkeşlərin narazılığına səbəb olub.

Apasport.az saytının məlumatına görə, böyük əksəriyyət bu nəticə ilə bağlı ironiya bacarığını nümayiş etdirib.

Saytımızın feysbuk səhifəsində qarşılaşmanın qollarını əks etdirən video-paylaşıma yüzlərlə azarkeş reaksiya bildirib. Onların içindən maraqlı olanların bəzilərini diqqətinizə çatdırırıq.

Həsən Allahverdiyev: Qapıçı yeyib, içib, yatmaqdan tərpənə bilmir.

T-e Telai: Bunlar bizim millini də yeyərlər.

Elçin Şahgəldiyev: 90 kq-lıq qapıçıdan bundan artıq nə gözləmək olar axı? Bu qadın futbolunu bizdə ləğv edin getsin, vallah, boşuna pul xərcləməyin bura.

Şahin Mehdiyev: Qapıçısız oynayırlar.

Vüqar Həşimov: Rəqibin qapıçısı da hücumda idi. Yəqin 1-2 qol da o vurub.

Arzuman Hüseynov: Bunları elə bil küçədən dönər yeyəndə yığıblar.

Elvin Mirişov: Hamısının adamı, “day-dayısı” var. Bu qadınların içində heç “ponyatka” yoxdur də. İspaniyanın kişiləri yenə 6 qol vurub getdilər. Ay qız, 13 nədir, basketbola gəlmişdiniz?

Pərvin Həsənov: Mən mərkəz xəttini görmək istəyirdim.

Orxan Hüseynzadə: Bunlar bizim kişiləri də udarlar.

Əbülfəz Hüseynli: Əşi, qurban olum, bizdə bunu kişilər güc bəla ilə 2-3 top buraxıb yola verirlər. Ləğv edin bu biabırçılığı, elə bil parka gəlib hamısı.

Taleh Əzizov: Biz futbol ölkəsi deyilik. Futbolu bağlamaq lazımdır. Bu qızlara hələ toplanış keçir, pul tökürlər.

İsi Abdullayev: Pandemiya qapıçımıza düşüb.

İlqar Sofiyev: Təki AFFA “sağ olsun”.

Vüqar Abdullayev: Kişilər oynaya bilmir, qalmışdı qadınlar.

Ələkbər Sultanov: Kaş oyuna çıxmazdılar, 3 topla texniki məğlubiyyət alardılar. Bundan yaxşı olardı.

Aftil Əliyev: Bu yazıq qızların futboldan xəbərləri var ki? Çıxarıblar ora ki, boş-boşuna qaçın oyana-bu yana.

Rövşən Əliyev: İspanlar oynamaqdan yox, qol vurmaqdan yoruldular.

Fabio Rivelini: Bu qızların çoxu hansısa futbolla bağlı adamların qohumları olmasaydı, heç olmasa 0:5 uduzardılar.

Nadir Bərdəli: Bərabər səviyyədə oyun keçib, bəxt amili öz sözünü deyib. 12-ci qolda müdafiəçimiz ustalıqla ötürmə verdi. Mən kənddə bundan yaxşı komanda yığaram.

Asif Məmmədov: Görəsən, bu uşaqlara təlim-məşq toplanışı keçilib, yoxsa hərəni bir evdən çağırıb oynadıblar?

Vüqar Tahir Məmmədov: O günü Samir Abasov qəşəng bir ifadə işlətdi. Ona əsaslanaraq deməliyəm ki, bu gözəl xanımlarda günah yoxdur, futbolumuzu bu günə salanlardadır günah.

Səbinə Hacıyeva: Kişilər qaş düzəltmişdi, qadınlar gözünü də çıxardı.

İnqilab İmanov: 11 nəfərə 13 top? İkisi artıq oldu axı.

Sarvan Süleymanov: Günahkar AFFA-dır. Futboldan anlayışı olmayanlar yığışıb federasiyaya. Hələ buna da şükür.

Fərid Təhməzov: Azərbaycan futboluna baxanda futbola nifrət edirsən.

Rəşad Yusifov: Kişi futbolu var ki, qadın futbolu da olsun? Gedin, özünüzə peşə tapın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar