Britaniyalı boksçu Tayson Fyuri bildirib ki, ukraynalı Aleksandr Usik dekabrda onunla döyüşməli olacaq.
“Usik sosiskadır. Dekabrda döyüşəcəyimizi gözləyirəm, mənə belə dedilər və inanmamaq üçün heç bir səbəb görmürəm. Usık dekabrda mənimlə döyüşməli olacaq, onun seçimi yoxdur. Əks halda, imzaladığı müqaviləni pozacaq, məhkəməyə veriləcək. Onun həqiqətən başqa seçimi yoxdur”, – Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Fyuri deyib.
Avqustun sonunda Usik britaniyalı Daniel Dyubua üzərində qələbə qazanıb. Döyüş ukraynalının erkən qələbəsi ilə başa çatıb: doqquzuncu raundda ukraynalı rəqibini nokaut edib. Eyni zamanda, beşinci raundda Usik qeyri-qanuni elan edilmiş (kəmər səviyyəsindən aşağı) qasıq nahiyəsinə güclü zərbə alıb və bu, ukraynalı boksçunun uzun müddət dayanmasına səbəb olub. Döşəmədə uzanaraq bir neçə dəqiqə özünə gəlib. Eyni zamanda referi britaniyalıdan xal da azaltmayıb. Promouter Frenk Uorren revanş oyununa ehtiyacdan danışıb.
Döyüş WBA-Super, WBO, IBF, IBO (Usikin ikinci müdafiəsi), The Ring (Usikin ilk müdafiəsi) ağır çəki dərəcələrində dünya titulları uğrunda baş tutub.