Şimali İrlandiya Liqa Kuboku matçında futbol tarixində ən uzun penalti seriyalarından biri qeydə alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Kolerayn” və “Ballimena” turnirin 1/8 finalında üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə başa çatıb və penaltilər seriyasında “Kolerayn” futbolçuları daha dəqiq olub (18:17). Hər komanda oyunsonrası seriyada qapıya 22 dəfə zərbə endirib.
“Goal” portalının məlumatına görə, bu penaltilər seriyası futbol tarixində ən uzun üçlükdən biri olub. Bundan əvvəl Namibiya Kubokunda “CC Palace”-“Civics” (48) və İngiltərənin aşağı divizionunda “Vaşinqton”-“Bedlinqton” (54) qapıya daha çox zərbə vurublar.