İspaniya La Liqasının 33-cü turunda “Betis” doğma meydanında “Elçe”yə 0:1 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, qarşılaşma Sevilya klubunun kapitanı Xoakin Sançesin antirekordu ilə yadda qalıb.
41 yaşlı yarımmüdafiəçi La Liqada 200-cü məğlubiyyətini alan ilk futbolçu olub. O, karyerası ərzində çempionatda keçirdiyi 596 görüşün 240-da qələbə sevinci yaşayıbsa, 156 dəfə komandası bərabərliklə razılaşıb.
Qeyd edək ki, bu mövsüm İspaniya çempionatında 17 matça çıxan Xoakinin aktivində 1 məhsuldar ötürmə var.