Taekvondoçularımızdan 1 qızıl və 4 bürünc medal
14 fevral 2022 03:21 (UTC +04:00)

Taekvondoçularımızdan 1 qızıl və 4 bürünc medal

Taekvondo üzrə Azərbaycan milli komandası “Turkish Open”də çıxışını başa vurub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığmamız 49 ölkədən 1250 idmançının qatıldığı ənənəvi turnirdə 1 qızıl və 4 bürünc medal qazanıb.

Olimpiya çempionumuz Radik İsayev ardıcıl olaraq türkiyəli Əkrəm Əli Yılmazı, koreyalı Ho Yeon Kanqı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu məğlub edərək “Turkish Open” beynəlxalq yarışın qalibi olub.

Komandanın digər üzvlərindən Səyyad Dadaşov (54 kq), Məhəmməd Məmmədov (80 kq), Patimat Abakarova (53 kq) və  Fəridə Əzizova (67 kq) yarımfinalda məğlub olaraq  bürünc medala layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar