Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) onilliyin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, 2011-20-ci illərin ən yaxşı ədalət təmsilçisi Feliks Brixdir.
Almaniyalı referi son 10 ildə keçirilən səsvermələrin nəticələrinə əsasən 141 xala malikdir. O, türkiyəli Cüneyt Çakırı cəmi 1 xal arxada qoyub.
Byorn Kuypers (Niderland) 133, Nikola Rizzoli (İtaliya) 113, Nestor Pitana (Argentina) 88 xalla ilk “beşlik”də yer alıb. Ən yaxşı 10 hakim sırasına düşən Hovard Uebb (İngiltərə) və Damir Skomina (Sloveniya) hərəsi 76, Martin Atkinson (İngiltərə) 69, Viktor Kaşşai (Macarıstan) 56 xala malikdir.