Şevçenko komanda yoldaşını  necə döyüb?   – “Çelsi”nin keçmiş oyunçusu DANIŞDI
07 mart 2025 12:14 (UTC +04:00)

Şevçenko komanda yoldaşını necə döyüb? – “Çelsi”nin keçmiş oyunçusu DANIŞDI

“Çelsi”nin keçmiş müdafiəçisi Ueyn Bric The Dressing Room podkastında görünüb və burada futbolçu karyerasından bəzi anları xatırladıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, xüsusən də Bric Andrey Şevçenko ilə Tal Ben-Haim arasındakı qarşıdurmadan danışıb və bunu indiyə qədər şahidi olduğu ən yaxşı dava adlandırıb.

“Müşahidə etdiyim ən yaxşı dava Şevçenko ilə Tal Ben-Haim arasındakı dava idi.

Tal qarşıdurmalara səbəb olmağı sevirdi. Məncə, aralarında bir neçə insident olub, Şeva ona xəbərdarlıq edib. Talın necə olduğunu bilirsiniz.

Növbəti təxribatdan sonra onlar üz-üzə gəliblər. Və Şevanın həyata keçirdiyi kombinasiya inanılmaz idi. Bax, bax, bax, bax, bax, bax, bax! Oyun bitdi. Onu nokaut etdi.

Tal qürurunu udub yoluna davam etməli oldu. Və o, bir daha Şevaya yaxınlaşmadı!", - Ueyn deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar